Qadin.NET / Messi Ronaldonun dəvətini cavabsız qoymadı

Messi Ronaldonun dəvətini cavabsız qoymadı

Messi Ronaldonun dəvətini cavabsız qoymadı


BarСЃelona-nın futbolçusu Lionel Messi Juventus-lu Kriştiano Ronaldonun birlikdə nahar etmək təklifinə cavab verib.

Qadin.Net goal.az-a istinadən xəbər verir ki, İspaniya mətbuatına açıqlama verən Messi, portuqaliyalı hücumçunun təklifini müsbət qarşıladığını bildirib:

“Ronaldo ilə fikir ayrılığım yoxdur. Dost olmaya bilərik, çünki paltardəyişmə otağında heç vaxt bir yerdə olmamışıq. Amma həmişə mükafatlandırma mərasimində yan-yana otururuq. Yeri gəlmişkən, Monakodakı tədbirdən sonra Ronaldo ilə uzun söhbətimiz oldu. Birgə naharın olub-olmayacağını bilmirəm. Çünki hərəmizin öz həyatı və vəzifələri var. Əlbəttə ki, dəvəti qəbul edirəm”.

Ronaldo Messi ilə birgə qatıldığı Monako şəhərindəki tədbirdə argentinalı oyunçuya birlikdə nahar etməyi təklif etmişdi

12 sentyabr 2019
GO BACK