Qadin.NET / Yanğınsöndürən göz yaşlarına hakim ola bilmədi-SƏBƏB

Yanğınsöndürən göz yaşlarına hakim ola bilmədi-SƏBƏB

Yanğınsöndürən göz yaşlarına hakim ola bilmədi-SƏBƏB


İtaliyalı yanğınsöndürən Matteo Dzakkara pişik balasını xilas etdikən sonra bütün ölkədə məşhurlaşıb.

Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, Matteonun iştirakı ilə olan video sosial şəbəkədə yerləşdirilib.

Yanğınsöndürən dərin quyuya yıxılan və oradan çıxmaqda çətinlik çəkən pişik balasını xilas etdikdən sonra göz yaşlarını saxlaya bilməyib. Matteoya mənəvi dəstək olan həmkarları ona emosiyalarına hakim olmaqda kömək edib.

Matteonun səmimiliyi "Reddit" saytının istifadəçilərinin qəlbini fəth edib. Onlar sözügedən videoya "Əsl kişi ürəyi. Belələrini sevirəm", "Şəxsi təcrübəmə əsasən, italyan kişiləri emosiyalarını daha sərbəst ifa edir, nəinki amerikalılar" və s. şərhlər yazıb.

11 sentyabr 2019
GO BACK