Qadin.NET / Səhvən hesabına daxil olan 120 min dolları xərclədi - Məhkəmə

Səhvən hesabına daxil olan 120 min dolları xərclədi - Məhkəmə

Səhvən hesabına daxil olan 120 min dolları xərclədi - Məhkəmə


Hesabına səhvən daxil olmuş 120 min dolları xərcləyən cütlük hazırda oğurluqda ittiham olunur.

 Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, hadisə ABŞ-ın Pensilvaniya ştatında baş verib.

Məhkəmə qeydlərinə görə, BBT bank yatırım şirkətinə göndərməli olan pulu səhvən Robert və Tiffani Villiams cütlüyünün hesabına köçürüb.

Bank səhvini 20 gün sonra bilib. Cütlük isə banka xəbər vermədən hesabına daxil olan puldan 107 min dollarını xərcləyib.

Onlar bu pula avtomobil, ev əşyaları alıb. Cütlük məhkəmədə pulların onlara məxsus olmadığını qəbul ediblər. Məhkəmə onları 25 min dollar girov müqabilində sərbəst buraxıb.

Bəlli olub ki, bank nümayəndəsi cütlüyü axtarıb pulların səhvən onların hesabına köçürüldüyün bildirdən də Tiffani Villiams “Pul qalmadı, hamısını xərclədik” cavabını verib.

Hazırda bank ər-arvaddan 107 min dollar və onun faizlərini tələb edir.

10 sentyabr 2019
GO BACK