Türkiyənin məşhur cütlüyü aktrisa Beren Saat və müğənni Kenan Doğulunun boşanacaqları xəbəri gündəmdən düşmür.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Kənanın “Yaparım bilirsin” adlı ilk albomunun 26-cı ildönümü münasibətilə İnstaqramda paylaşım edib.
“Həmin günkü həyəcanımı təsəvvür etmək mümkün deyil. Profesional səhnəyə atdığım ilk addım idi” sözlərinə aktrisadan cavab gecikməyib. O statusa "ürək" işarəsi qoyub. Bu isə onların pərəstişkarını çaş-baş salıb.
Xatırladaq ki, bu yaxınlarda Beren Saatla DJ Maqanın sevgili olması şayiələri yayılmışdı. Berenle Kenanın ayrı evlərdə yaşaması və ayrı tətilə çıxması bu şayiləri gücləndirmişdi