Türkiyəli aktrisa və müğənnni Hülya Avşarın 30 ildir sirr kimi saxladığı xeyriyyəçiliyi üzə çıxıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ifaçı müqavilə bağladığı hər firma və ya prodüserin qarşısına "2 gənc insan işlə təmin olacaq" şərti qoyurmuş. İfaçının sayəsində indiyədək 350-dən çox universitet məzunu olan gənc iş tapıb. Avşar bu təqdirəlayiq hərəkəti ilə pərəstişkarlarının qəlbini fəth edib.
Qeyd edək ki, müğənni bununla yanaşı hər il 30 tələbəyə təqaüd verir.