Qadin.NET / Əhmədlidə unikal piyada keçidi belə olacaq - FOTO

Əhmədlidə unikal piyada keçidi belə olacaq - FOTO

Əhmədlidə unikal piyada keçidi belə olacaq - FOTO


Xətai rayonunun “Ukrayna dairəsi” adlanan ərazisində unikal görünüşlü piyada keçidi inşa edilir. Ümumi uzunluğu 76 metr olacaq keçid Bakıda ilk dəfə olaraq şüşə materialla üzlənəcək. Burada həmçinin fiziki qüsurlu şəxslərin rahat gediş-gəlişi üçün panduslar da quraşdırılacaq.

Hər kəsin marağına səbəb olan keçidin nə vaxt istifadəyə veriləcəyi hələlik məlum deyil.

Qadin.Net bildirir ki, hazırda da davam edən işlərlə bağlı axar.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, yerüstü piyada keçidində hər hansı bir eskalator, lift və ya digər buna bənzər avadanlıq quraşdırılmayacaq. Keçid pilləkənli olacaq:

“Piyada keçidlərində beynəlxalq təcrübədə belədir ki, hansısa eskalator, lift quraşdırılmır. Türkiyədə və digər xarici ölkələrdə də piyada keçidlərində eskalator və digər bu kimi avadanlıqlar olmur. Bizdə də elə olacaq. Sadəcə olaraq, normal pilləkənlər tikilir. İnsanların bu pilləkənlərdən istifadə etmələri həm də onların sağlamlıqları üçün əlverişlidir.

Ancaq fiziki məhdudiyyətli insanların hərəkəti nəzərə alınıb. Onların hərəkəti üçün müəyyən tədbir də nəzərdə tutulub ki, keçiddən istifadə edərkən problem yaşamasınlar”.

A.Nəcəfli bildirib ki, sözügedən ərazilərdə bu keçidin inşası zərurəti yaranmışdı:

“Məlumat üçün deyim ki, Məhəmməd Hadi küçəsi, Neapol dairəsi və Neapol küçəsi yenidən qurulub. Hazırda isə Mehmandarov prospektində yenidənqurma işləri aparılır. Bu işlərlə bağlı kompleks tədbirlər görülür. Yəni bir küçə təmir edilir, digər küçə də ona birləşdirilir. Ukrayna dairəsi ərazisində də insanlar yolu sağa-sola keçirdilər. Bu, onların həyatı üçün təhlükəli idi. Ona görə də görülən işlər çərçivəsində ərazidə yerüstü piyada keçidinin də inşası həyata keçirilir”

10 sentyabr 2019
GO BACK