Qadin.NET / Elektrik enerjisi ilə çalışan uşaq arabası təqdim edildi

Elektrik enerjisi ilə çalışan uşaq arabası təqdim edildi

Elektrik enerjisi ilə çalışan uşaq arabası təqdim edildi


Elektrik enerjisi ilə işləyən avtomobillər kateqoriyasına artıq elektrik enerjisi ilə çalışan uşaq arabası da əlavə olunur. Bosch tərəfindən tanıdılan bu vasitə, qısa müddətdə həyatımızı asanlaşdıracaq.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, elektrik enerjisi ilə şalışan uşaq arabası 2020-ci ildə bazara çıxacaq.

Almaniyanın texnologiya nəhəngi Bosch, "e-körpə maşını" adlı yeni nəsil uşaq arabasını tanıtdı. Valideynlərin işini xeyli asanlaşdıracaq olan bu uşaq arabası, 18 voltluk litium ion batareya ilə işləyir. Təxminən 15 km mənzilə sahib olan uşaq arabası, həm düz yollarda, həm də yoxuşlarda elektrik mühərriki sayəsində sürülməsi çox asan hala gətirir.

Həmçinin uşaq arabası üzərində olan sensorlar sayəsində təkcə itəlinən istiqamətdə hərəkət edir. Gözlənilməz istiqamətlərdə hərəkət edəndə isə maşın öz-özünə dayanır.
2020-ci ildə bazara çıxarılması planlaşdırılan uşaq arabasını, ilk olaraq İsveçli Emmaljunga firmasının istifadə etməsi gözlənilir.
Elektrik enerjisi ilə çalışan uşaq arabası təqdim edildi

Elektrik enerjisi ilə çalışan uşaq arabası təqdim edildi


10 sentyabr 2019
GO BACK