Türkiyəli müğənni Yıldız Tilbe ''Paraf xalqın ulduzları'' konserti üçün açıq havada səhnəyə çıxıb.
Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, konsertdən öncə, kulisdə 3 fincan bitki çayı, 2 fincan türk qəhvəsi içən sənətçi ara vermədən 3 saat canlı ifa edib.
O, səhnəyə rahat rəqs edə bilməsi üçün evdən gətirdiyi başmaqlarla çıxıb.
Bundan əlavə sənətçi ''müğənni olmasaydım yəqin ki, dəli olardım'' açıqlamasını verib.