Tayvanlı ufoloq Skott Uorinq planetimizin hər yerində Uçan Naməlum Obyektlərin (UNO) izini axtarmağa davam edir.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bir müddət əvvəl onun diqqətini Kuzbasın Belovsk rayonundakı şaxtada tapılan qəribə obyekt cəlb edib.
Obyektin ölçüləri böyük deyil, lakin onun çəkisi çox ağırdır. Tapılan diskin diametri 1 metrdən bir qədər artıqdır, çəkisi isə 200 kiloqramdır.
Uorinqin fikrincə, illər əvvəl yadplanetlilərin gəmisi Kemerova vilayətinə enib. Ufoloq bildirib ki, oxşar qeyri-adi obyektlər əvvələr də müxtəlif ölkələrdəki şaxtalarda tapılıb. Onlar sanki daşdan düzəldilmiş kimi görünürlər, lakin bu, belə deyil: "Əgər bu tapıntıya mikroskop altında baxsaq, yadplanetlilərin texnologiyası barədə nələrsə öyrənmək olar".
Ekspertin fikrincə, belə balaca dronlar uçan boşqabları müşayiət edir, kəşfiyyat və mühafizəni təmin edirlər.