Dünya şöhrətli Rusiya supermodeli İrina Şeyk "Calvin Klein" brendinin reklamında çəkilib.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, yeni çanta kolleksiyasına həsr olunan çarx Yutubda yerləşdirilib.
Şeyk reklamda əvvəlcə çılpaq görünüb. Onun üzərində ancaq aksessuarlar olub. Çarxın növbəti saniyələrində model əynində don, daha sonra isə palto ilə poz verib.
İrinanın bu görüntüləri sosial şəbəkə istifadəçiləri tərəfindən də xeyli müzakirə olunub.