Qadin.NET / Vətəndaşlar pulla odun ala bilərlər - RƏSMİ

Vətəndaşlar pulla odun ala bilərlər - RƏSMİ

Vətəndaşlar pulla odun ala bilərlər - RƏSMİ


Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, bunun üçün kifayət qədər odun ehtiyatı var.

Nazir müavini qeyd edib ki, regional meşə idarələrindəki odun tədarükü məntəqələri Zaqatala, Şəki, Qəbələ, İsmayıllı, Quba, Şabran, Masallı, Lənləran, Tovuz, Şəmkir və Göygöl ərazilərində daimi fəaliyyət göstərir: "Ehtiyacı olan vətəndaşlar bu yerlərə müraciət edərək dəyərini ödəmək şərtilə yanacaq odunu əldə edə bilərlər. Həmin məntəqələr Zaqatala RMTM üzrə Car, Əlibayramlı, Aşağı Çardaxlar, Aşağı Tala, 3-cü Tala, Paşam, Zastava, Kortala, Tülü, Şəki RMTM üzrə Göynük, Oraban, Zəyzid, Qum, İlisu, Ləkit, Qəbələ RMTM üzrə Bum, Vəndam, İsmayıllı RMTM üzrə Qalınçaq, Ağsu aşırımı, Xənəyə, Qaradəyə, Quba RMTM üzrə Uzunmeşə, Vəlvələ, Quba şəhəri, Xaçmaz, Xuray, Şabran RMTM üzrə Zeyvə, Pirəbədil, Əmirxanlı, Giləzi, Siyəzən, Masallı RMTM üzrə Məmmədoba, Şıxlar, Zuvand, Gendərə, Porsova, Buravar, Abidli, Lənkəran RMTM üzrə Haftoni, Əsxənəkəran, Tovuz RMTM üzrə Yanıqlı, Kirən, Qoşakənd, Poylu, Şəmkir RMTM üzrə Şəkərbəy, Yenikənd, Çanaqçı, Göygöl RMTM üzrə Qaraçinar, Yeni Zoddur".

Qeyd edək ki, anbarlarda tədarük olunan odun dəyəri ödənilmək şərtilə qazlaşdırılmamış kəndlərin əhalisinə, təhsil, səhiyyə müəssisələrinə, bağçalara, sərhəd və daxili qoşunların hərbi hissələrinə verilir.

6 sentyabr 2019
GO BACK