Türkiyədə abdominoplastika əməliyyatı etdirən qadın həkim səriştəsizliyinin qurbanı olub.
Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, İngiltərədə yaşayan 47 yaşlı Deb Thompson adlı qadın abdominoplastika əməliyyatı ucuz başa gəlsin deyə Türkiyəyə gedib. O, piy çəkmə və sinə böyütmə əməliyyatı üçün ümumilikdə 4 min fund-sterlinq ( təxminən 8400 manat ) ödəyib.
Türkiyədəki klinikaların birində qarnındakı piyləri çıxartdıran qadın aylar sonra eybəcər hala düşüb. Hazırda qarnında qəribə formada şişlik yaranan və ağrılar hiss edən Deb Tomson insanları, xüsusən də həmyerlilərini xarici ölkədə edilən ucuz əməliyyatlardan çəkindirməyə çağırıb.
Qeyd edək ki, Deb Tompson əməliyyatı 2018-ci ildə etdirib, onun iki övladı var.
Milli.Az onun əvvəlki və indiki halının fotolarını təqdim edir: