19 yaşlı türkiyəli müğənni Aleyna Tilki indi də film çəkmək istəyir. Artıq bu arzusunu reallaşdırmaq üçün ssenari də yazdığını dilə gətirib.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, Aleyna digərlərindən fərqli olaraq "Harbiyə"də konsert verməyi düşünmədiyni deyib.
"Mənim Hadisə bacım kimi albomum yox, sadəcə bir neçə parçadan ibarət mahnılarım mövcuddur.
Lakin indi səhnəyə çıxsam, Harbiyə başdan-başa pərəstişkarlarla dolar. Odur ki, albomum olmadan orada səhnəyə çıxmaq istəmirəm", - Aleyna bildirib