Qadin.NET / Britni Spirs Məhkəməlik oldu-SƏBƏB

Britni Spirs Məhkəməlik oldu-SƏBƏB

Britni Spirs Məhkəməlik oldu-SƏBƏB


Psixoloji müalicə alan dünyaca məşhur müğənni Britni Spirs və keçmiş əri, rəqqas Kevin Federlayn arasında qalmaqal yaranıb.

Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, cütlük arasında yaranan münaqişə illər sonra yenidən alovlanıb. 

Belə ki, Federlayn 13 yaşlı oğlunun Spirsin atası Jamie tərəfindən şiddətə məruz qaldığını bildirib. Məhkəmə zamanı şahidlərin ifadələri alınıb, lakin uşaqda şiddəti əks etdirən izlər tapılmayıb. 

Bundan əlavə, Britni 19 ildir uşaqlarına baxan Kevinə təzminat verməkdən boyun qaçırıb. O, bu qərarın ləğvi üçün məhkəməyə müraciət edib. 

Qeyd edək ki, 2000-ci ildə Kevindən boşanan sənətçi çətin günlər yaşamış, spirtli içki qəbul edərək gecə həyatına atılmışdı. Buna görə də, məhkəmə iki övladını atalarına vermək barədə qərar çıxarmışdı. O, sözügedən səbəbdən K. Federlayna təzminat ödəyirdi.

Britni Spirs Məhkəməlik oldu-SƏBƏB


5 sentyabr 2019
GO BACK