Qadin.NET / Beş rayonda qaz olmayacaq - Xəbərdarlıq

Beş rayonda qaz olmayacaq - Xəbərdarlıq

Beş rayonda qaz olmayacaq - Xəbərdarlıq


Sentyabrın 4-də saat 10:00-dan etibarən işlər başa çatanadək bir sıra ərazilərin qaz təchizatında dayandırmalar tətbiq olunacaq.

Bu barədə Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, mövsümi işlərin icra olunması ilə bağlı Beyləqan rayonunun bir neçə kənd və qəsəbəsində, qaz xətlərində birləşdirmə işlərinin görülməsi ilə bağlı Abşeron rayonunun Müşfiqabad və 28 May qəsəbələrində, Qaz İxrac İdarəsinin ölçü qovşaqlarında quraşdırma işləri ilə əlaqədar Hacıqabul və Şirvan rayonlarının bir qrup abonentin qaz təchizatında fasilələr yaranacaq.

Bundan başqa, saat 10:00-dan etibarən sentyabrın 5-dək Qaz İxrac İdarəsinin həyata keçirdiyi yenidənqurma işləri ilə bağlı Ağstafa rayonunun bir neçə yaşayış məntəqəsində də qaz olmayacaq

4 sentyabr 2019
GO BACK