Dünyaca məşhur müğənni Castin Biber 20 yaşlarında verdiyi səhv qərarlar barədə sosial şəbəkədə yazı paylaşıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, ifaçı "dünyanın ən çox nifrət edilən müğənnisi" olmasının səbəblərini açıqlayıb.
Hələ 13 yaşında ikən kəşf edilən dünya ulduzu hədsiz dərəcədə narkotik maddə aludəçisi və sevgi münasibətlərində pis örnək olması ilə bağlı etiraf edib. "Qadınlara qarşı pis davrandım. Onlara qarşı çox hiddətliydim. Gənc yaşımda ulduz olmağımın ağrısını yaşadım. Məni sevən hər kəslə arama məsafə qoydum. Narkotik maddələrin istifadəsində həddi aşdım. Dünyada ən çox sevilən müğənnilərdən biri ikən ən çox ələ salınan və nifrət edilən insan oldum" deyə, o peşmançılığını bu sözlərlə ifadə edib.