"РњРёСЃСЃ РњРѕСЃРєРІР°-2015" qalibi Oksana Voevodinanın ötən il ərə getdiyi Malayziya kralı V Məhəmməddən boşanma xəbəri ətrafında qalmaqal bitmək bilmir.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, keçmiş kralın yenidən evlənmə eşqinə düşdüyünü eşidən rusiyalı gözəl özündən çıxıb. O, kral ailəsini hər şeyi açıb danışmaqda hədələyib.
50 yaşlı kral V Məhəmməd 26 yaşlı modellə evləndikdən sonra taxtını buraxıb. Amma buna baxmayaraq evliliyin ömrü 7 ay çəkib. Övladları dünyaya gələndən sonra cütlük ayrılıb.
Keçmiş kralın ailəsi ona adətlərə uyğun gəlin namizəd tapdığını və yaxın günlərdə toy olacağını açıqlayıb.
Voevodina ayrıldığı əri ilə şəkil yayımlayaraq "Hamı bizə nə olduğunu bilməyə çalışır. İnsanların canını incitmək istəmirəm. Gerçəklər hamını incidəcək" sözlərini yazıb.