Qadin.NET / Daha bir məşhur "Çukur"a gəldi

Daha bir məşhur "Çukur"a gəldi

Daha bir məşhur "Çukur"a gəldi


Hər zaman reytinqlərdə birinci olan "Çukur" yeni mövsümdə məşhur aktyorları transfer edib.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu dəfə ekran işinə aktrisa Damla Sönmez də daxil olub. O, Baykalın qızı Efsun obrazını oynayacaq. 

Ötən mövsüm hər bölümü ilə tamaşaçıları ekrana bağlayan və möhtəşəm final yayımlayan serial bu dəfə də iddialıdır. "Çukur"un yaradıcıları heyətə daxil edilən yeni aktyorların adını hələ tam açıqlamadıqlarını bildirib.

Serialın baş rol ifaçısı Aras Bulut İynemli sosial şəbəkədə paylaşım edərək, artıq çəkilişlərin başladığını vurğulayıb.

3 sentyabr 2019
GO BACK