Qadin.NET / "Hörümçək adam" həbs edildi-SƏBƏB

"Hörümçək adam" həbs edildi-SƏBƏB

"Hörümçək adam" həbs edildi-SƏBƏB


İranın şimalında yerləşən Mazandaran vilayətinin Amol rayonunda mənzillərdən oğurluq edən peşəkar oğru saxlanılıb.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bunu Mazandaran vilayətinin polis rəisi Mahmud Mirfeyzi deyib.

M.Mirfeyzinin sözlərinə görə, aparılan araşdırmalar nəticəsində oğrunun “Hörümçək adam” filmindəki obrazın hərəkətlərindən istifadə edərək binalardan oğurluq etdiyi aşkarlanıb.

Polis rəisi oğrunun 47 mənzil və obyektdən oğurluq etməsinin məlum olduğunu deyib.

“Oğrunun evinə baxış keçirilərkən oğurlanan vasitələrin 35 milyard rial (təxminən 833 min dollar) olduğu aydınlaşıb”.

2 sentyabr 2019
GO BACK