Məşhur Hollivud aktrisası Valeri Haper 80 yaşında dünyasını dəyişib.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, bu barədə "The Hollywood Reporter" jurnalı məlumat yayıb.
Bildirilir ki, aktrisa 2009-cu ildən xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Haper ABŞ-ın populyar "Şou Meri Tayler Mur" və "Roda" teleseriallarında çəkilib. Həmin teleseriallardakı roluna görə, aktrisa 1975-ci ildə "Qızıl qlobus" mükafatına layiq görülüb. O, eyni zamanda 4 dəfə Emmy mükafatının qalibi olub.