“Alibaba” şirkətinin baş direktoru Cek Ma gələcəkdə insanların həftədə yalnız 12 saat işləməli olduqlarını söyləyib. O, hesab edir ki, əsas yük süni intellektin çiyinlərinə düşəcək. Eyni zamanda, iş adamından bu sözləri eşitmək çox qəribədir, çünki bu yaxınlarda o, altıgünlük iş rejimini müdafiə etmişdi.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, “World Artificial Intelligence Conference” konfransı çərçivəsində iş günü haqqında öz kritik fikirləriylə məşhur olan milyarder və “Alibaba”nın direktoru Cek Ma gözlənilmədən bildirib ki, gələcəkdə insanlar yalnız həftədə 12 saat işləyəcəklər. Manın sözlərinə görə, süni intellekt işçilərin üzərinə düşən öhdəliklərin bir hissəsini götürəcək və beləliklə insanların əlavə işdən azad olunmasına kömək edəcək. “Alibaba”nın yaradıcısı elektrik enerjisini insanları bir sıra əziyyətlərdən azad edən bir texnologiya kimi misal göstərib: