Türk aktrisası Bergüzar Korel pərəstişkarlarının hədiyyəsi qarşısında göz yaşlarına hakim ola bilməyib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, onun dünyadakı fanatları pul toplayaraq Kambociyada yağışlar səbəbilə evini itirən bir ailəni sevindirib. Onlar həmin ailəyə ev tikiblər. Bu hədiyyənin fotolarını sosial şəbəkədə paylaşan Korel " Yenə sevinc gözyaşları axıtdığım bir ad günü yaşatdınız mənə. Nə yaxşı ki sizin kimi ailəm var deyə yazıb.
Qeyd edək ki, aktrisanın sevənləri daha əvvəlki ad günlərində 2000 fidandan ibarət xatirə meşəlik və Afrikada bir kəndə su quyusu tikdirmişdilər.