Qadin.NET / Bu qadın evində siçanlar bəsləyir-FOTO

Bu qadın evində siçanlar bəsləyir-FOTO

Bu qadın evində siçanlar bəsləyir-FOTO


Moskvanın Puşkin rayonunda sosial şəbəkədə mənzillərin birindəki görüntü bütün Rusiyanı dəhşətə gətirib.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, evdən gələn dözülməz qoxular qonşuları çox narahat etdiyindən mənzil sahibinə şikayətlərini bildiriblər.

Evin sahibəsi onlara yalnız evdə göyərçin bəslədiyini deyib. Yüksək səslərə və qoxuya dözə bilməyən digər mənzil sakinləri bir araya gələrək, qadının evinə daxil olmağı bacarıblar. Gördükləri mənzərədən şoka düşən qonşular rəsmi orqanlara məlumat veriblər.

Video-görüntüdən çoxlu siçaların 46 kvadrat metrlik mənzilin hər yerinə yayıldığı görünür .

Siçanları bəsləyən qadın qonşulara sərt şəkildə həyatına heç kimin qarışa bilməyəcəyini söyləyib.

Səlahiyyətlilər evin tezliklə siçanlardan təmizlənəcəyini bildiriblər

28 avqust 2019
GO BACK