İndoneziyanın Qərbi Kalimantan əyalətində kişi eyni vaxtda iki qızla evlənib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu haqda “Unilad” portalı bildirib.
Kişinin sözlərinə bu addımı qızları incitməmək üçün atıb. O qeyd edib ki, belə kəbin mərasimini qəribə və ya yersiz hesab etmir.
“Mənim ürəyim onların əziyyət çəkməsinə razı olmazdı. Buna görə də onların hər ikisi ilə eyni vaxtda evlənməyə qərar verdim”, - o izah edib.
Qeyd edək ki, İndoneziyada çoxarvadlılığa qanunla icazə verilib. Bu halda, kişi ikinci nikah üçün birinci arvadından icazə almalıdır