Süni mayalnma yolu ilə hamilə qalan və müalicəsini davam etdirdiyi bir zamanda Yaşar İpekdən ayrılma xəbərləri yayılan tanınmış türkiyəli müğənni Seren Serengil sosial şəbəkədə yeni paylaşım edib.
Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, o, övladının ultrasəs müayinəsi zamanı çəkilmiş fotosonu paylaşıb. Göz yaşlarını tuta bilməyən Serengil bu mesajı paylaşıb: "Allaha şükür olsun ki, qismətimizi gördük. Ağlamayacağam desəm də, ancaq elə hey ağlayıram. Siz də bir xəbər gözləyirdiniz. Dualarınıza, dəstəyinizə görə təşəkkür edirəm. Canım dostlarım, məni bu günümdə tək buraxmadınız. İndi isə ço xoşbəxtəm. Sentyabrın 2-də bətnimdəkinin ürək döyüntülərini eşidəksiniz".
Serengil onu da əlavə edib ki, sağlam bir övlad dünyaya gətirməyə çalışsa da, övladını dünyaya gətirməsini istəməyən şeytanlar var: "Mən körpələrimlə çox xoşbəxtəm. Ən azından söz-söhbət, hər hansı xoşagəlməzliklər yox".