ABŞ-ın keçmiş prezidenti Barak Obama və xanımı Mişel Massaçusets ştatında mülk almağa hazırlaşır.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, keçmiş prezident və xanımı dəbdəbəli mülkün sahibi olmaq üçün təxminən, 15 milyon dollar ödəyəcək.
Lüks evin hovuzu, 7 yataq otağı, 8 hamam otağı var.
Qeyd edək ki, Barak və Mişel Obama cütlüyünün sərvəti 135 milyon dollardır.