"Forbes" jurnalı ən yüksək qonorar alan dünya aktrisalarının reytinqini hazırlayıb.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, siyahıda ilk yeri Skarlet Yohansson tutub. Analitiklərin məlumatına görə, aktrisa 2018-ci il iyunun 1-dən 2019-cu il iyunun 1-dək 56 milyon dollar qazanıb.
Siyahıda, həmçinin, Sofiya Verqara (44,1 milyon dollar), Riz Uizerspun (35 milyon dollar), Nikol Kidman (34 milyon dollar), Cennifer Eniston (28 milyon dollar) və Keyli Kuoko (25 milyon dollar) yer alıblar.
Ötən il hazırlanan reytinqdə ikinci olan Ancelina Coli ilk dəfə siyahıda yer almayıb.
Elizabet Moss (24 milyon dollar) və Marqo Robbi (23,5 milyon dollar) isə ilk dəfə sözügedən siyahıda yer alıblar.
Siyahıya 23 milyon dollar gəlirlə Şarliz Teron və 22 milyon dollar gəlirlər Ellen Pompeo da düşüb.
Xatırladaq ki, avqustun 21-də "Forbes" ən çox qazanan kişi aktyorların siyahısını açıqlayıb. Burada ilk yeri Dueyn Conson tutub