Qadin.NET / Beynindən qurd çıxarıldı-FOTO

Beynindən qurd çıxarıldı-FOTO

Beynindən qurd çıxarıldı-FOTO


Çinin Szyansi vilayətinin sakininin beynində 10 sm uzunluğunda qurd aşkar olunub.

Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, Janq adlı 59 yaşlı kişi 30 il səbəbini bilmədiyi baş ağrılarından və tutmalardan əziyyət çəkib.

Janq baş ağrılarının və tutmalarının 1989-cu ildə başladığını deyib. O, həmin il kart oyunu oynayarkən qəflətən əllərində və ayaqlarında qıcolma baş verib, onun ağzından köpük gəlib və o, huşunu itirib. Ailəsi Janqı yerli xəstəxanaya aparıb. Orada ona epilepsiya diaqnozu qoyulub və epilepsiya əleyhinə dərmanlar qəbul etmək tövsiyə olunub.

Dərmanlarını mütəmadi olaraq qəbul etməsinə baxmayaraq, onun ağrıları və tutmaları illərlə zəif formada davam edib. Janq isə buna məhəl qoymayıb. Lakin 2015-ci ildə kəndini bürümüş yanğını söndürərkən baş vermiş ağır qıcolma nəticəsində Janq ölümlə üz-üzə qalıb.

Hadisədən sonra Janqın simptomları daha da ağırlaşıb və onun daha ağır tutmaları olub. Sağlamlıq probleminə çarə tapmaq istəyən kişi bir çox xəstəxanaya üz tutub və hamısında ona eyni diaqnoz qoyulub.

Yalnız bu ilin iyulunda vəziyyət onun xeyrinə dəyişib. Həkimlərin apardığı maqnit rezonans tomoqrafiya (MRT) və qan analizi nəticəsində Janqın beynində parazit olduğu aşkar edilib.

Quandun Beyin Hospitalının nevrologiya şöbəsinin direktoru Vu Ci deyib ki, həkim-cərrah heyətinin Janqın başında apardığı əməliyyat nəticəsində onun beynindən 10 sm uzunluğunda parazit qurd uğurla çıxarılıb.

Həkimin sözlərinə görə, çox güman ki, Janq çiy bulaq suyu içərkən parazit onun bədəninə daxil olub.

Bundan bir müddət öncə Malayziyada çimərlikdə qumların üzərində ayaqyalın gəzmiş qadının dərisinin altına parazitlərin daxil olduğu bildirilib

24 avqust 2019
GO BACK