Qadin.NET / Məktəbli yarmarkası: satıcılar müştəri tapmır, alıcılarsa narazıdır

Məktəbli yarmarkası: satıcılar müştəri tapmır, alıcılarsa narazıdır

Məktəbli yarmarkası: satıcılar müştəri tapmır, alıcılarsa narazıdır


Yeni tədris ilinin başlanmasına 3 həftə qalır. Valideynlər məktəbli övladları üçün tədris ili hazırlığına başlayıblar. Əlbəttə, bunun üçün ailə büdcəsindən kifayət qədər pul lazımdır. Keyfiyyətli məktəb ləvazimatlarının seçimi də önəmlidir. Bu məqsədlə paytaxtda ənənəvi olaraq, hər il təşkil olunan məktəbli yarmarkalarına üz tutanlar az deyil.

Bəs görəsən, yarmarkalarda vəziyyət necədir? Onlar məktəbli bazarlığı üçün keyfiyyət və sərfəli qiymət baxımından əlverişli ünvandırmı?

Bu və digər suallara aydınlıq gətirmək üçün paytaxtda açılan bir neçə məktəbli yarmarkasına üz tutduq.

İlk getdiyimiz ünvan “Neftçilər” metrosu yaxınlığındakı yarmarka oldu. Yarmarka seyrəklik idi. İçəridə ilk rastımıza çıxan sahibkar Sadiq Babazadə oldu.

Onun sözlərinə görə, yarmakalarda qiymətlər fərqlidir. Çünki qiymətləri sahibkarlar özləri tənzimləyir: “Hər hansı malın, məhsulun yarmarkada satılması onların ucuz olması anlamına gəlmir. Artıq 3 ildir məktəblilər üçün yarmarkalar təşkil olunur. Sahibkar müəyyən müqavilə əsasında icarəyə müvəqqəti yer götürür. Qiymətləri də sahibkarlar özləri müəyyənləşdirirlər. Buna görə də yarmarkalarda məktəb ləvazimatlarının qiymətlərində fərqlər ortaya çıxa bilər”.

Sadiq Babazadə deyir ki, rəhbəri olduğu yarmarkanın təyin etdiyi qiymətlər münasibdir: “Məktəbli çantalarının qiyməti 10-40 manat, dəftər və qələmlərin qiyməti 10-70 qəpik civarındadır. Məktəb ləvazimatları ilə təchiz olunmuş çantanın qiymətləri də müxtəlifdir. Ən bahalı çanta 70-80 manata başa gəlir. Məktəb ləvazimatları ilə birlikdə ən ucuz çantanın qiyməti isə 20-25 manatdır”.

Sadiq Babazadə yarmarkadakı malların qiymət fərqini keyfiyyət və istehsalçı ölkə kimi faktorlarla əsaslandırdı. Yarmarkaya məhsulların daha çox Türkiyə və Çindən gətirildiyini vurğulayan sahibkar hər iki ölkənin tanınmış firmalarına üstünlük verildiyini bildirdi.

Daha sonra “Xalqlar Dostluğu” metrostansiyasının çıxışındakı yarmarkaya yol aldıq.

Burada satıcı işləyən Asim Qəhrəmanov deyir ki, dolu çantanın qiyməti siniflər üzrə dəyişir. Birinci sinif şagirdləri üçün məktəbli çantası və onun ucuz məhsullarla təmini 20-25 manata başa gəlir:

“Bizdə çantaların qiyməti 12-25 manat civarındadır. Aşağı siniflər üçün 1 dolu çanta 20-25 manat, yuxarı siniflər üçün isə maksimum 30-35 manata başa gəlir. Bu qiymət sizin çantaya yığdığınız məhsulların qiymətlərindən asılıdır. Müştərinin istəyindən asılı olaraq, biz çantaya 10-50 manat dəyərində məktəbli ləvazimatları yığa bilərik. Qiymətləri artımı ümumi mənzərəyə də təsir edir. Müştərilərin arzu və istəklərini nəzərə alıb, qiymətlərdə müəyyən endirimlər edirik”.

Məktəbli yarmarkası: satıcılar müştəri tapmır, alıcılarsa narazıdır


Yarmarkada alış-veriş edən müştəri Arzu Babayeva isə bildirdi ki, yarmarkalarla adi satış yerləri arasında qiymət fərqi yoxdur:“Yarmarkalar da daxil rastlaşdığım satış nöqtələrində məktəb ləvazimatlarının qiymətləri arasında fərq yoxdur. Demək olar ki, hamısında satış qiymətləri bərabər səviyyədədir. Bu da yarmarkaların ucuz olması fikrini alt-üst edir”.Müştərinin bu fikri satıcı Asim Qəhrəmanovun narazılığına səbəb oldu. O, həmin müştərinin heç vaxt burada alış-veriş etmədiyi üçün belə düşündüyünü ifadə etdi.“Əhmədli yarmarkası”nda rastlaşdığımız digər alıcı Gülnar Məmmədova da Arzu adlı müştəri kimi narazılığını ifadə etdi.Daha sonra, “Əhmədli” metrostansiyası yaxınlığındakı yarmarkaya daxil olduq.Bizi qarşılayan sahibkar Rahim Baxışov yarmarkaların Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin nəzarəti altında fəaliyyət göstərdiyini və qurumun yarmarkalardakı satış qiymətlərinə nəzarət etdiyini söylədi:“Bakıda fəaliyyət göstərən 19 məktəbli yarmarkasındakı qiymətlər arasında cüzi fərqlər var. Məhsulların qiyməti keyfiyyətə görə dəyişir. Hər malın fərqli qiymətləri ola bilər. Siz bir karandaşın 1-1,25 manat kimi qiymətinə rast gələ bilərsiniz. Müştəri də büdcəsinə uyğun məhsul götürür. Bütün malların qiymətlərini soruşmaq müştərilərin imkanları xaricindədir. Ona görə də yarmarkaların birinin digərindən ucuz olması fikri yaranır”.
Rahim Baxışov digər sahibkarlar kimi çantaya yığılan məhsulların qiymət fərqliliklərinin ümumi qiymətə təsir etdiyini bildirdi:“İbtidai sinif məktəblisinin çantası ucuz məhsullarla təşkili ilə birlikdə 30-35 manat, daha keyfiyyətli məktəbli ləvazimatları ilə təşkiliylə isə 40-45 manata başa gəlir. Bahalı çantalar xərclərin yarısından çox hissəsini tutur. Daha sonra məhsul seçimi qiymət fərqliliyinə şərait yaradır. 1-ci sinifdən 11-ci sinifə qədər bütün məktəblilər üçün qələmlər eyni qiymətə, ibtidai siniflər üçün ucuz dəftərlər isə minimum 15 qəpiyədir. Qalın üzlü dəftərlərin qiyməti isə maksimum 25 qəpikdir. Yuxarı siniflərdə isə ucuz dəftərlər 25-30 qəpiyə, maksimum 60-70 qəpiyədir”.Rahim Baxışov sahibkarlara qiymət təyinini ilə bağlı heç bir qurumdan təsir göstərilmədiyini də bildirdi:“Bakı Şəhər Ticarət və Xidmət Departamentinin bizə qiymət tənzimlənməsi barədə hər hansı göstərişi yoxdur, bununla belə qurum alıcı və satıcı münasibətlərində balansın qorunub saxlanmasında maraqlıdır. Müştərilərlə xoş danışmaq, onların hər bir halda razılıqla satıcılardan ayrılması kimi tövsiyələri var. Biz də çalışırıq ki, bu tövsiyələrə maksimum riayət edək”.
24 avqust 2019
GO BACK