Qadin.NET / Maykl Ceksonun keçəl olub?

Maykl Ceksonun keçəl olub?

Maykl Ceksonun keçəl olub?


Dünyaca məşhur müğənni Maykl Cekson ölümündən sonra da gündəmdən düşmür.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ifaçının meyidi üzərində aparılan kliniki tədqiqatlara dair yeni detallar gün üzünə çıxıb. 10 il öncə vəfat edən müğənninin ölümünü araşdıran 3 dedektivin açıqlamalarına yer verən "Maykl Ceksonun ölümü" adlı sənədli film yayınlanıb.

Pop ulduzunun tamamilə keçəl olduğu, bədəninin müxtəlif yerlərində yara izlərinə rast gəlindiyi məlum olub. "Cekson nə vaxt cəmiyyət içərisinə çıxsa parik taxırdı. Onun baş dərisinə baxanda xeyli sayda yara izinin və tatuların olduğu görülürdü. Bundan əlavə onun bədənin müxtəlif hissələrində də yara izləri vardı" deyə, dedektv bildirib.

Əfsanəvi sənətçinin 50 yaşında yüksək dozada sakitləşdirici qəbulu səbəbilə öldüyü məlumdur. Həmin dərmanları yazan həkim Konrad Murraya isə müğənninin vəfatından sonra 4 illik həbs cəzası verilsə də, o iki il sonra sərbəst buraxılmışdı

24 avqust 2019
GO BACK