Müğənni Maykl Ceksonun ölümündən bir neçə il əvvəl gizli vəsiyyətnamə yazdığı məlum olub.
Bu barədə artistin keçmiş agenti Reymon Beyn danışıb.
"Independent"in məlumatına görə, sənəd 2006-cı ildə tərtib olunub. Ehtimal edilir ki, müğənninin vəfatından sonra məhz bu vəsiyyətnamə üzə çıxarılmalı oldğu halda, 2002-ci ilin vəsiyyətnaməsi açıqlanıb.
Cekson məxfi vəsiyyətində guya yazıb ki, əldə etdiyi şeyləri necə qorumaq olar, amma heç kim bu sənədin harada olduğunu bilmir.
Hazırkı vəsiyyətə görə Maykılın varidatının 40 faizi anasına çatıb, həmçinin bir hissəsi onun üç uşağı arasında bölunub. Yerdə qalan vəsait xeyriyyə işlərinə sərf olunub. Maykl Ceksonun var-dövlətinin ümumi məbləği 500 milyon dollar dəyərində qiymətləndirilir.