Amerikanın Arkanzas ştatında "Almaz krater" parkına gələn şəxs 3,72 karat ağırlığında almaz tapıb.
Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, 27 yaşlı Miranda Hollinqsed dörd il əvvəl Payk rayonunda yerləşən məşhur park haqqında öyrənib və cümə günü, 16 Avqustda ailəsi ilə birlikdə parkı ziyarət etmək qərarına gəlib.
Texas əsilli qadın kölgədə oturduğunu və "YouTube"-da qızıl axtarışına dair təlimat videolarına baxdığını xatırlayıb.
"Mən bir saniyə uşaqlara yayındım, sonra baxışlarımı aşağıya yönəltim və onu bir topa yığılmış daşın arasında gördüm", - deyə o bildirib.
Qadın almazı park əməkdaşlarının tapıntı üzrə qeydə alma xüsusi mərkəzinə aparıb. Onlar belə qərara gəlib ki, almaz yalnız yağış sayəsində torpağın üst səthində çıxa bilər.
Ənənəyə görə amerikalı qadın oğlu ilə birlikdə qiymətli daşa Caro Avenger (Karo Qisasçı) adını verib. O, qeyd edib ki, daşa verilən adın ilk hissəsini onun uşağı fikirləşib və ikinci hissəsini isə, super qəhrəmanlara olan sevgisini ifadə edib. İndi Hollinsed tapdığı almazı satmaq və ya bir üzük düzəltdirmək haqqında qərar verməyə tələsmir.