Qadin.NET / “Ağıllı” küçə fənərləri təqdim edildi

“Ağıllı” küçə fənərləri təqdim edildi



"Sapphire Now and ASUS" illik konfransında "Signifiy BrightSites" şirkətinin istehsalı olan küçə fənərləri təqdim edilib. GPS texnologiyasından istifadə edən və vahid şəbəkəyə qoşulan fənərlər hava və havanın çirklənməsi haqqında məlumatları toplayır. Sözügedən fənərlərə quraşdırılmış 4G və 5G şəbəkələrinin SIM-kartları vasitəsilə məlumatlar "bulud" saxlanc sisteminə ötürülür.

 Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, "Gartner" analitik şirkətinin versiyasına görə, "ağıllı" fənərlər "ağıllı" şəhərlər üzrə texnoloji trendlərin top onluğuna daxildir. "Signify" şirkətinin fənərləri şəhər sakinlərinin təhlükəsizlik və rahatlığının yüksəldilməsi üçün nəzərdə tutulmuş "SmartPole" texnologiyasından istifadə edir. Sütunlara bərkidilmiş sensorlar kompleksi insanların orda olmasına reaksiya verir: "Wi-Fi" paylanır, işıq diodu işıqlandırması qoşulur, onun parlaqlığı günün vaxtından və şəraitdən asılı olaraq tənzimlənir. Fənərin yaxınlığında mübahisə baş verdikdə işıqlandırma daha parlaq olur

22 avqust 2019
GO BACK