Qadin.NET / Dünyanın ən yaşlı tısbağası 121-ci ad gününü qeyd edib

Dünyanın ən yaşlı tısbağası 121-ci ad gününü qeyd edib

Dünyanın ən yaşlı tısbağası 121-ci ad gününü qeyd edib


Böyük Britaniya sakini Şeyla Floris bu günlərdə özünün sevimli ev heyvanı - Tommi ləqəbli Aralıq dənizi quru tısbağasının 121-ci ad gününü bayram edib. Hazırda Tommi dünyanın ən yaşlı ev heyvanıdır.

Qadin.Net AzərTac-a istinadən bildirir ki, ləqəbinə baxmayaraq, Tommi dişidir. Oğlan adı ona səhvən qoyulub. Tommi 1898-ci ildə doğulub. Heyvanın 11 yaşı olanda hazırkı sahibəsi Şeyla Florisin nənəsi onu bir funta alıbmış. Tısbağa həyatı boyu iki dünya müharibəsi və altı Britaniya kralı görüb.

Tomminin sahibəsinin hazırda 62 yaşı var. O, uşaqlıqdan qulluq etdiyi sevimli tısbağasının uzunömürlülük sirləri barədə bölüşüb. Şeylanın sözlərinə görə, buna səbəb bağçadakı alaq otlarından pəhriz və sağlam yuxudur: tısbağa hər dəfə yarım il qış yuxusuna gedərək aprel ayının əvvəllərində ayılır. Ancaq ən başlıcası sahiblərinin qayğısı və sevgisidir. Şeyla Florisin sözlərinə görə, məhz bu səbəbdən heyvan möhkəm sağlamlığı ilə seçilir və baytarın qəbuluna düşmək ona heç vaxt nəsib olmayıb

21 avqust 2019
GO BACK