Qadin.NET / "Jara" 5 gün olacaq?

"Jara" 5 gün olacaq?

"Jara" 5 gün olacaq?


Xalq artisti Emin Ağlarov 2020-ci ildə keçirəcəyi "Jara" beynəlxalq musiqi festivalının hazırlıq prosesinə artıq başladıqlarını bildirib. 

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda İnstaqram səhifəsində yazıb. O bildirib ki, növbəti dəfə musiqili tədbirin gününü uzatmağı düşünür:

"Fikirləşirəm, bəlkə "Jara"nı gələn il beşgünlük edək? Sizcə, "Jara" 5 gün olacaq?".

Emin eyni zamanda izləyicilərinə festivalda hansı ulduzu görmək istədikləri ilə bağlı suallar ünvanlayıb.

Qeyd edək ki, "Jara" hər ilin iyulunda yerli və rus estradasının ulduzlarının iştirakı ilə keçirilir.

21 avqust 2019
GO BACK