Qadin.NET / 10 sentlik sikkə 1,32 milyon dollara satıldı

10 sentlik sikkə 1,32 milyon dollara satıldı

10 sentlik sikkə 1,32 milyon dollara satıldı


Birləşmiş Ştatların Çikaqo şəhərində keçirilən hərracda ABŞ-da 1894-cü ildə buraxılmış 10 sentlik sikkə 1,32 milyon dollara satılıb.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, 125 il bundan əvvəl dövriyyəyə buraxılmış bu 12 sikkədən birinin alıcısı “Real Salt Lake” futbol klubunun sahibi və numizmatika kolleksiyaçısı Dell Loy Hansen olub.

Telekanalın xəbərində bildirilir ki, kolleksiyaçı 1792-ci ildən bəri buraxılan sikkələrin kolleksiyasını toplayır. Qeyd olunur ki, 2016-cı ildə keçirilmiş hərracda 125 il bundan əvvəl buraxılmış digər sikkə 2 milyon dollara satılmışdı

21 avqust 2019
GO BACK