Hollivudun örnək cütlüklərindən hesab edilən Rayan Reynoldsla Bleyk Lavli bir hədiyyə ilə gündəmdədir.
Qadin.Net axşam.az-a istinadən bildirir ki, aktyor xanımının ona hədiyyə etdiyi tablonu sosial şəbəkədə paylaşıb. Sənət əsərində yanında it olan bir uşaq qəzet satarkən təsvir edilib.
"Şəkildəki ev mənim uşaqlıqda yaşadığım evdir. Ailəmlə orada illərimiz keçib. Artıq həmin ev yoxdur. Ancaq hər zaman mənim xatirəmdədir" deyə, o paylaşımda yazıb.
Rəsm əsərinin həyat yoldaşı tərəfindən verilən ən dəyərli hədiyyə olduğunu vurğulayan Reynolds "Evdə yanğın çıxsa ilk onu xilas edəcəyəm. Arvadım üçün sonra geri qayıdaram" deyə, zarafatyana qeyd edib.
Qeyd edək ki, cütlük 2012-ci ildə "Green Lantern" filminin çəkilişləri zamanı tanış olub və ailə qurub. Cütlüyün 2014-cü ildə ilk, 2016-cı ildə ikinci övladları dünyaya gəlib. Onlar üçüncü uşaqlarına qovuşmaq üçün gün sayırlar.