Aktyor Can Yaman və Demet Özdemir cütlüyünün sevgi münasibəti ətrafında söz-öshbətlər bitmək bilmir.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, birlikdə rol aldıqları "Ergenci kuş" serialında eşq yaşamağa başlayan cütlük son günlər ayrılmaları haqda yayılan dedi-qodularla müzakirə obyektinə çevriliblər.
Birlikdə görüntülənməkdən qaçan, amma paylaşımları ilə diqqət çəkən cütlüyün reklam üçün birlikdə olduğu deyilirdi.
Marmarisdə tətildə olduqları deyilən aktyorların əslində fərqli yerlərdə olduqları ortaya çıxıb. Yaman Özdemirin yanından ayrılaraq atası ilə İtaliyaya gedib. Aktyorun İtaliyada izləyicilər tərəfindən çəkilən şəkli isə gündəm yaradıb. Onun yanında gənc bir qadının olması hər kəsi təəccübləndirib