29 yaşlı rusiyalı "Playboy" modeli və DJ Janna Raskazova vəfat edib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, o, gecə partidən qayıtdıqdan sonra evində sistem vurdurub. Həmin vaxt evdə olan rəfiqəsi Aleksandranın sözlərinə görə, Janna sistemdən sonra yuxuya gedib. Ancaq qısa müddət sonra onun çətin nəfəs aldığını görən rəfiqəsi Jannanı oyadıb. Anidən boğulmağa başlayan qız yerə yıxılıb. Aleksandra təcili yardım çağırsa da, onlar gələnədək Janna vəfat edib.
Onun ölümündən sonra aparılan baxış zamanı həkimlər sistemdə vurulan iynələrin dozalarının düzgün təyin edilmədiyini bildirib. Digər versiyaya görı, Janna narkotik qəbul edib və dərmanlar bir-birinə əks təsir edib. Ancaq dostları bu versiyanı qəbul etmir. Onların sözlərinə görə, Janna hər zaman sağlam həyat tərzi və idmana əməl edib. Faktla bağlı araşdırma aparılır.