Qadin.NET / Türkmənistanda Qurban kəsmək Qadağan edildi-SƏBƏB

Türkmənistanda Qurban kəsmək Qadağan edildi-SƏBƏB

Türkmənistanda Qurban kəsmək Qadağan edildi-SƏBƏB


Türkmənistanın Türkmənbaşı şəhəri və ətraf rayonlarında Qurban kəsmək qadağan edilib.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, buna səbəb şəhərdə Birinci Xəzər İqtisadi Forumunun keçirilməsidir.

Yerli hakimiyyəti belə bir addımın sammit zamanı sanitariya və nizam-intizamın gözlənilməsi üçün atıldığını bildirib.

Məlumata görə, şəhərdə vahid hərəkət prezident Qurbanqulu Berdiməhəmmədovun tədbirə hazırlığı yoxlamağa gəlişindən etibarən 13 avqusta qədər dayandırılıb.

Türkmənbaşıda forum avqustun 11-12-də keçiriləcək.

Ölkədə Qurban bayramı avqustun 11-dən 14-dək qeyd olunur

13 avqust 2019
GO BACK