Həyat yoldaşının gözü qarşısında 34 yaşlı cangüdəni Sineenat Vonqvajirapakdini hərəmxanasına rəsmən üzv qəbul etməsi ilə dünya mediasının gündəmini zəbt edən Tailand Kralı Maha Vajiralonqkornun anasının açıqlaması maraqla qarşılanıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, kralın anası Sirikitin 1982-ci ildə dediyi “oğlum bir az şorgözdür” fikirləri ortaya çıxıb.
Kralın anası ABŞ-a səfəri zamanı həmin dönəmdə vəliəhd şahzadə olan oğlu barədə danışaraq “Oğlum sanki Don Juandır. Yaxşı tələbədir, amma qadınlarla çox maraqlanır, şorgözdür” ifadələrini işlədib.
Xatırladaq ki, kral 67-ci yaş günündə ordu tibb bacısı olan Sineenat kralın ayaqlarına qapanaraq rəsmi məşuqə rütbəsinə layiq görülüb, ona 4 dövlət nişanı taxılıb. 67 yaşlı kralın 3 ay öncə evləndiyi Sutida Vajiralonqkorn da mərasimdə iştirak edib. Mərasim zamanı Suthida padşahın sol tərəfində oturub və baş verənləri üzündə heç bir duyğu ifadəsi sezilmədən səssizcə izləyib.