17:27
İlkin məlumatlara əsasən yerli vatla saat 15:22-də Zaqatala stansiyasından 14 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
Qadin.Net xəbər verir ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən trend-ə verilən məlumata görə, zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Zəlzələnin dərinliyi 7 kilometr olub.
----------
15:16
İlkin məlumatlara əsasən yerli vatla saat 14:00-da Zaqatala stansiyasından 14 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
Qadin.Net xəbər verir ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən trend-ə verilən məlumata görə, zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub