Qadin.NET / Rəqqasə prezidentliyə namizəd oldu - FOTO

Rəqqasə prezidentliyə namizəd oldu - FOTO

 

Rəqqasə prezidentliyə namizəd oldu - FOTO


 

 

Tunisdə 21 yaşlı effektli şouları ilə tanınan müğənni və göbək rəqsi ifaçısı olan Nərmin Sfar sentyabrın 15-də baş tutacaq prezident seçkilərinə namizədliyini irəli sürəcək.

 Qadin.Net qaynarinfo-ya istinadən xəbər verir ki, o, bu barədə Sfar özünün 294 min abunəçisi olan "Instagram" səhifəsində məlumat verib.

Sənətçi seçicilərin 35 mindən çoxunun imzasını toplayıb. Bu isə prezident seçkilərində iştirak üçün nəzərdə tutulan minimal saydan düz üç dəfə çoxdur.

Rəqqasə, prezident seçiləcəyi təqdirdə, ölkədə çörəyin qiymətini aşağı salmaq və qadınların hicab taxmaq mütləqliyini ləğv etmək istədiyini qeyd edib.

Qeyd edək ki, prezident kürsüsü uğrunda, Nərmin Sfarla bərabər, daha 55 namizəd mübarizə aparacaq. Tunisin Baş naziri Yusif Şahid də seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirib.

Xatırladaq ki, Tunisdə vaxtından qabaq prezident seçkiləri ölkə başçısı Əl-Baci Haid əs-Sebsi iyulun 25-də öldüyü üçün keçirilir. O, hərbi xəstəxanada 92 yaşında dünyasını dəyişib.


10 avqust 2019
GO BACK