Qadin.NET / The Addams Family filminin fraqmenti yayımlandı

The Addams Family filminin fraqmenti yayımlandı

The Addams Family filminin fraqmenti yayımlandı


MGM,  The Addams Family filminin ikinci fraqmentini yayımlayıb.  Film Sausage Party-nin rejissorları Greg Tiernan və Conrad Vernon tərəfindən çəkilib və əfsanəvi qəribə ailənin yeni nəsli ilə qarşımıza çıxacaq.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, ''The Addams Family'', bir qrup canavardan və qəribə canlılardan, habelə qəribə zövqlərdən və davranışlardan ibarət olmasına baxmayaraq bir-birini sevən çox əyləncəli və çox qəribə bir ailədir. Metro Goldwyn Mayer filmin ikinci fraqmentini yayımlayıb.

Vernon "Greg və mən həmişə Addams ailəsinin keçmiş versiyalarına ilə heyran idik, buna görə yeni film çəkərkən yeni bir şey edə biləcəyimiz üçün həyəcanlandıq" dedi Vernon. Filmin mövzusu Gomez və Morticia-nın necə tanış olduqları və ailələrinə bunu necə izah etmək qərarına gəldiklərini haqqındadır. Filmin animasiyaları Charles Addams-ın "The New Yorker" üçün orijinal təsvirləri əsasında hazırlanmışdır.

Bu animasiyada klassik Addams ailə personajları yenidən qarşımızda olacaqlar.

Yeni filmdə iki orijinal personaj olacaq. Bunlardan biri, Alison Janney tərəfindən səsləndirilən Margaux Needler və onun Elsie Fisher tarafından səsləndirilən qızı Parkerdir.

10 avqust 2019
GO BACK