Türkiyəli müğənni Sərdar Ortaç ötən gün irlandiyalı həyat yoldaşı Xloe Luqnandan boşanmışdı.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, sənətçi bu gün keçmiş həyat yoldaşını həkimə gətirib.
“Qadın mənə 8 ilini verib, niyə yanında olmayım? Razılaşıb boşandıq və bir-birimizi sevirik. O, mənim düşmənim deyil. Mənə xanımlıq edib, həkimə gətirməsəm adam olmazdım” deyə, Sərdar jurnalistlərə söyləyib.
Qeyd edək ki, cütlük 2014-cü ildə ailə qurmuşdu