Kəşmirdəki vəziyyətin gərginləşməsi səbəbindən Pakistan rəhbərliyi hind filmlərinin nümayişinə qadağa qoyub.
Baş nazirin müşaviri Firdus Aşiq Avan "Twitter"-də belə açıqlama verib.
O bildirib: “Pakistanın heç bir kinoteatrında hind filmləri nümayiş olunmayacaq. Filmlər və Hindistan istehsalı olan digər belə məhsullar tamamilə qadağan ediləcək".
Müşavir onu da əlavə edib ki, bu tədbir Hindistanın Kəşmirdəki fəaliyyəti ilə bağlıdır.
"Reuters"in verdiyi xəbərə görə, Pakistan Hindistanla dəmir yolu əlaqələrini də dayandırıb. Dəmiryol nəqliyyat naziri Rəşid Əhməd deyib: "Əgər bizə qarşı müharibə başlayacaqsa, bu sonuncu müharibə olacaq"