“Ulduz müharibələri” filmindən yemək reseptləri əsasında kulinariya kitabı 2019-cu ilin noyabrında çapdan çıxacaq.
Kitab “Ulduz müharibələri: Gücün oyanması” filmindən Strono Taqqs adlı baş aşpazın adından yazılıb.
Bu barədə məlumat “Insight Editions” nəşriyyatının saytında yerləşdirilib.
“The Hollywood Reporter” yazır ki, reseptlər toplusu “Ulduz müharibələri: Gücün oyanması” (2015-ci il) filmində Maz Kanatı qəsrinin (Takodana planeti) baş aşpazı Strono Taqqs adından təqdim edilib. Kitab üzərində Çelsi Monro-Kassel (“Taxt-tac oyunları”nın rəsmi kulinariya kitabının - “Buz və Alovun ziyafəti”nin həmmüəllifi) və “Marvel” ilə əməkdaşlıq edən komikslər müəllifi Mark Sumerak çalışıblar.
176 səhifədən ibarət kitabın çapdan çıxması noyabrın 5-nə planlaşdırılıb