Qadin.NET / Bill Klinton haqqında film çəkiləcək

Bill Klinton haqqında film çəkiləcək

Bill Klinton haqqında film çəkiləcək


Monika Levinski Bill Klintonla seks qalmaqalı haqqında çəkilən serialın prodüseri olacaq.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, “Amerikan Cinayət Hekayəsi” antoloji serialın yaradıcısı Rayan Merfi Monika Levinskini növbəti mövsümdə Bill Klintonun impiçment cəhdinə həsr ediləcək çəkilişlərində iştirak etməyə inandırıb.

Keçən ay “The Hollywood Reporter”ə verdiyi müsahibədə Merfi Levinski ilə söhbətlərini belə təsvir edib:

“Heç kim sizin hekayənizi danışmamalıdır, bunu özünüz etməlisiniz. Başqaları bunu etsə, çirkin olacaq”.

Görünür rejissorun sözləri sabiq prezidentin eks katibəsinə təsir bağışlayırdı. Məlum olub ki, Monika Levinski növbəti mövsüm istehsalçılarından biri olacaq. Ekranda onun rolunu 26 yaşlı Bini Feldşteyn canlandıracaq. Bill Klinton və həyat yoldaşı Hillarini serialda kimin oynayacağı hələ məlum deyil.

Ssenarinin müəllifi Sara Bercesddir, mənbə olaraq Ceffri Tubinin "Böyük bir sui-qəsd: Az qalsın prezidentin axırına çıxan seks-qalmaqalı" kitabı əsas götürülüb.

Xatırladaq ki, Ağ Evin yaxın tarixindəki ən qalmaqallı epizodlardan birinin çəkiləcəyi barədə ilk məlumatlar 2017-ci ildə ortaya çıxdı, ancaq Merfi Levinski olmadan çəkmək istəmədi.

Çəkilişlərin fevral ayında başlayacağı və yeni mövsümün premyerasının 27 sentyabr 2020-ci ildə başlaması gözlənilir.

49 yaşlı ABŞ prezidenti Bill Klinton və 22 yaşlı Ağ Ev işçisi Monika Levinskinin intim münasibətləri 1998-ci ildə ortaya çıxıb. Bill Klinton Monika Levinski ilə sekslə məşğul olmadığını dediyi üçün onun impiçmenti gündəmə çıxarılmışdı. Lakin Senatda impiçment qərarı qəbul olunmayıb

8 avqust 2019
GO BACK