37 yaşlı ingiltərəli keçmiş model Karla Belluçi qızına etdirmək istədiyi əməliyyatlarla hər kəsi heyrətləndirib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, 0, 14 yaşlı uşağı zorla əməliyyat masasına yatırdacaq.
Qızın çirkin olduğunu düşünən qadın onun bu halı ilə heç bir uğur əldə etməyəcəyinə inanır. Model Kim Kardaşyanın pərəstişkarı olan Karla qızına onun kimi omba düzəltdirəcəyini və sinəsinə silikon qoyduracağını deyib:
"Qızımın ombası düzdür və onun bu cür bədən quruluşu ilə həyatda uğur qazana bilməyəcəyinin fərqindəyəm. Əməliyyat üçün pul toplayıram. Qızım 16 yaşı olanda bu problemlərindən qurtulacaq".
Həkimlər qadına omba əməliyyatının çox təhlükəli ola biləcəyini desələr də, bu onun vecinə deyil.
Qeyd edək ki, Karla öz ölkəsində sevilməsə də, o insanların düşüncələrinin önəmli olmadığını deyib.