Məşhur türkiyəli aktrisa Beren Saat sosial şəbəkədə paylaşımı ilə yenə də diqqət çəkib.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, həyat yoldaşı Kenan Doğuludan boşanması ilə bağlı xəbərlə gündəmə gələn Beren bu dəfə Qurban bayramı ilə bağlı yazdığı statusa görə tənqid edilib.
Qurban bayramı ilə bağlı heyranlarını təbrik edən aktrisa bu bayramda kasıbları sevindirmək, bol hədiyyə paylamağı tövsiyə edib. Bundan əlavə aktrisa xəstə uşaqlara dəstək kampaniyasının çox lazımlı addım olduğunu yazıb və onu dəstəklədiyini yazıb.
Onun bu statusu bəziləri tərəfindən tənqid edilib. Biri yazıb ki, "birinin sevinməsi üçün bir can öldürülməlidirmi? Sizin bu axmaq kampaniyanı dəstəkləməyinizə mat qalıram. Sizə yaraşdırmadım".
Bu şərh Bereni özündən çıxardıb. Aktrisa həmin şəxsə kobud cavab yazıb.